Median.Az xəbər verir ki, fevralın 19-u gecə saat 2 radələrində Korgöz qəsəbəsi ərazisində, Lökbatan qəsəbə sakini R.Nəhmədovun və Sumqayıt şəhər sakini H.Hüseynovun 2 nəfər tərəfindən xuliqanlıq zəminində döyülmələri və sonuncunun 1270 manat pulunun alınması barədə Qaradağ RPİ 10-cu polis bölməsinə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev saxlanılıblar.
Araşdırma zamanı, Z.İsmayılovun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması məlum olub.
Qaradağ RPİ şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.