Sumqayıtda oğurluq və dələduzluq edən 3 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar  |     22:45 Sabunçuda 15 nəfərin ölümünə görə sahibkar həbs edildi  |     22:38 Apteklər onlara spirt satmayacaq!  |     22:30 Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb  |     22:24 Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb  |     22:11 Ordumuzun hərbçisi qəfil vəfat etdi - Foto  |     22:04 Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edildi  |     21:40 Mütəxəssisdən xəbərdarlıq: "Xoş qoxulara aldanmayın, ciddi problemlər yaradır"  |     21:29 İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ  |     20:43 Joze Mourinyo "Qalatasaray"ı məhkəməyə verəcək  |     20:26 Mətbəxi təmizləməyə görə iki nəfəri bıçaqladı: Qanlı hadisənin TƏFƏRRÜATI (VİDEO)  |     19:57 İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib  |     19:45 Azərbaycanda məşhur universitet BAĞLANIR  |     19:35 Polşa qırıcı təyyarələrini havaya qaldırıb  |     19:25 Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  |     19:17 Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ  |     18:55 Taekvondoçular Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ikiqat əziyyət çəkməli olacaqlar  |     18:30 Hava daşımalarında baqaja vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib  |     18:27 Bakının əsas prospektində hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırıldı  |     18:00 Müğənni Ayaz Qasımova vəzifə verildi  |    

Sumqayıtda oğurluq və dələduzluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhər ərazisindəki 3 evdən pul, gümüş və məişət əşyaları oğurlayan, habelə Ə.Paşayevə qarşı dələduzluq edən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Orucov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən şəhər sakinləri R.Məmmədovun mobil telefonunu və E.Seyidovun 78 manat pulunu oğurlayan, habelə A.İbayevə və F.Əliyevə qarşı dələduzluq edən şəhər sakini H.Hacıyev saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 avtomobildən pul və geyim əşyaları, habelə şəhər sakini G.Cavadlının 55 manat pulunu oğurlayan şəhər sakini R.Rəhimov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 083 27.02.19 11:59