Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bir mağazadan videokameranın yaddaş qurğusu, bir marketdən kassa aparatı, şirkətlərdən birinə məxsus inzibati binanın xidməti otağından 400 manat, yarımstansiyaların birindən kompressor və digər elektrik avadanlıqları oğurlayan əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Şahmirzəyev və Abşeron rayon sakini A.Bəşirov saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.