Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də paytaxt sakini O.Məmmədovun pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Astara rayon sakini Q.Rzayev saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.