Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, 2 avtomobildən, habelə 2 evdən pul və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Bundan başqa, 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhər ərazisində 1 evdən 100 manat və qızıl-zinət əşyaları, 1 avtomobildən pul və parfumeriya oğurlayan, həmçinin şəhər sakini T.Tağıyevə qarşı dələduzluq edən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynov saxlanılıb.
Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhər ərazisində 3 avtomobildən, 1 anbardan, 1 evdən pul, məişət əşyaları və inşaat materialları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində faktlarla bağlı cinayət işləri başlanılıb.