Median.Az xəbər verir ki, fevralın 17-i saat 23 radələrində Qızıldaş qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini N.Şahverdiyeva vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınan sürücü, qəsəbə sakini V.Qasımov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.