Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Median.Az-ın verdiyi məlumata görə, rayonun Könüllü kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Kənan Qərib oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriıib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, gənc kənddə olan çayxanada mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az