Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini İlqar Qurbanovun (1961-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib
Median.Az xəbər verir ki, ötən il iyulun 23-də Yasamal rayonunun Tbilisi prospektində İlqar Qurbanov münaqişə zəminində qızı, 27 yaşlı Aysel Məmmədlini bıçaq zərbələri ilə qətlə yetirib və sonra Yasamal RPİ-nə təslim olub.
Məlum olub ki, İlqar Qurbanov rayondan paytaxta gələrək qızı ilə görüşüb, söhbət edə-edə yaşayış binalarından birinin həyətinə daxil olublar. Qızının əxlaqsız həyat tərzi yaşamasından şübhələnən ata onunla mübahisə etməyə başlayıb. Qurbanov qızının bədən səthinə çoxsaylı zərbələr endirərək, onu qəsdən öldürüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış ayın 21-nə təyin edilib.