Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Ş.Tağıyevə hökm oxunub.
Hökmə əsasən, ona şərti cəza verilib.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb.
Rəsmi ittihama görə, qovşağın rəisi Ş.Tağıyev 161 min manat mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə məlum olub ki, Ş.Tağıyev dəymiş zərəri ödəyib.
/oxu.az