Qətlə yetirilən gəncin ailəsi daxili işlər naziri ilə görüşmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Qətlə yetirilən gəncin ailəsi daxili işlər naziri ilə görüşmək istəyir

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində qətlə yetirilmiş 19 yaşlı Radim Qurbanovun ailəsi ölkənin daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edir.

Median.Az
report-a istinadən xəbər verir ki, azərbaycanlı ailə nazirə R.Qurbanovu qətlə yetirən Elbrus Süleymanovun ailəsinin Qaracalar kəndindən köçürülməsi ilə bağlı müraciət hazırlayıb.

Qurbanovlar ailəsi iddia edir ki, E.Süleymanovun saxlanılması kifayət deyil, belə ki, Süleymanovlar ailəsi kənddə yaşayır və bu da iki ailə arasında olan gərginliyi artırır.

R.Qurbanovun əmisi Ruslan Qurbanovun bildirdiyinə görə, onlar fevralın 5-də Süleymanovlar ailəsinin kənddən köçürülməsi tələbi ilə aksiya keçiriblər: "Lakin vəziyyət dəyişməz olaraq qalır. Biz imza toplayıb daxili işlər naziri Giorgi Qaxaria ilə görüş tələb edəcəyik. Biz naziri kənddə iki ailə arasında olan vəziyyət ilə tanış edəcəyik və Süleymanovların kənddən tezliklə köçürülməsini xahiş edəcəyik. Kənd əhalisinin əksəriyyəti də bizi dəstəkləyir".

Qeyd edək ki, R.Qurbanov fevral ayının 1-də Qaracalar kəndinin məscidi yaxınlığında qətlə yetirilib. Onu qətlə yetirən 25 yaşlı E.Süleymanov polisə təslim olub. Qətlə Qurbanovlar və Süleymanovlar arasında qan davası səbəb olub.

Azərbaycanlı gəncin qətlə yetirilməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır. Qaracalarda baş vermiş qətldən sonra polis əməkdaşları kənd sakinlərinin təhlükəsizliyi və ictimai asayişin təmin edilməsinə cəlb olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 308 13.02.19 23:09