Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə fevralın 12-də gecə saat 04 radələrində baş verib.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Zeynalov Zeynal Tahir oğlu qarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər 3 saylı Xəstəxanasına yerləşdirilib.
Z.Zeynalovun vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.