Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Əmirov 5 qramdan artıq marixuananı şərti alıcıya satarkən yaxalanıb. Şəxsi axtarış zamanı ondan 5,5 qram marixuana, yaşadığı evdən isə əlavə olaraq 28,4 kiloqram marixuana aşkar edilib.
Bakı ş.BPİ İstintaq İdarəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.