Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Girdəni kənd sakini P.Hüseynov saxlanılıb, şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana götürülüb.
Saxlanılan şəxsin iş yerindəki anbardan, gizlətdiyi əlavə 4 kq. 750 qram marixuana aşkar edilib.
ŞRPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.