Bakı Ağır Cinayətlər Məhkəməsində Ceyhun Bəşirovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Ceyhun Bəşirov ailə münaqişəsi zəminində həyat yoldaşı Səidə Bəşirovaya bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan qadının həyatını həkimlər xilas ediblər.
С.Bəşirov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış fevralın 18-nə təyin edilib.