Median.Az xəbər verir ki, yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə Mərkəzi rayon xəstəxanasına yerləşdirilməsi barədə Şəki ŞRPŞ-nə məlumat daxil olub.
Araşdırma zamanı Baş Göynük kənd sakini olan zərərçəkənin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi məlum olub və hadisə yerindən yayınan şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.