Gecə saatlarında Bakının Kürdəxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Qəsəbədə yaşayan, 1966-cı il təvəllüdlü Əliyeva Gülzar Məmmədtağı qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı təcili olaraq Sabunçu Rayon 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Xəstəyə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hal-hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.