Median.Az xəbər verir ki, Abşeron RPİ-nə ötən il dekabrın 6-ı səhər saat 4 radələrində Hökməli qəsəbəsindəki evlərin birinə, pəncərədən girən maskalı şəxsin bıçaqla ev sahibəsini hədələyib pul və qızıl əşyalar verməsini tələb etməsi, evdə dəyərli əşya olmadığından oranı tərk etməsi, bir neçə gün sonra təkrarən eyni üsulla həmin evə girib oradan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cinayət əməlini törədən qəsəbə sakini H.Bayramov saxlanılıb.
Araşdırma zamanı onun, qəsəbə ərazisində daha bir evə girib, oradan 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, bir müddət sonra təkrarən eyni ünvana pəncərədən girərək ev sahibinin arvadı və qızını quldurluq yolu ilə hədələyib oradan gümüş əşyası aparması müəyyən edilib.
RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.