Median.Az xəbər verir ki, Nizami RPİ-nin 25-ci polis şöbəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 6-da mənzilə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq, oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə ələ keçirən qrupun digər üzvü, Lənkəran rayon sakini N.Niftullayev saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə istintaq davam etdirlir.