Məhkum dayısına marixuana vermək cəhdi baş tutmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Məhkum dayısına marixuana vermək cəhdi baş tutmadı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 217.2.; 32.3; 29.1; 120.2.1; 29; 120.2.5; 29.122.2.11; 29.122.2.14; 120.2.5; 120.2.7; 120.2.11; 228.3 və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Rəhim Talıb oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Gəncə şəhər sakini Xəlilov Orxan Rəhim oğlu və bacısı oğlu Qazax rayon sakini Yusifov Elşən Ələddin oğlunun gətirdikləri sovqata və üzərilərinə baxış keçirilib.

Baxış zamanə E.Yusifovun əynində olan gödəkcə və şalvarın ciblərinin iç hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,165 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.//Yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 329 26.01.19 19:36