Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) və Şəmkir RPŞ-nin əməkdaşları keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində Şəmkir rayon sakini Turan Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunub.
İş üzrə dindirilmiş şəxs bildirib ki, silah-sursatı ona tanışı, rayon sakini İbrahim İbrahimov saxlamaq məqsədi ilə verib.
İ.İbrahimov saxlanılıb.
BMCMİ İstintaq şöbəsində CM-nin 228.2.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, satma, saxlama və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.