Median.Az xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Yuxarı Ağalı kəndi ərazisində, Bakı şəhər sakini P.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobil
nəzarət qaydasında saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış zamanı oradan 8,5 kq. tiryək və 650 qram marixuana aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.