Median.Az xəbər verir ki, Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hücü kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan 270 qram marixuana götürülüb.
Narkotik vasitəni onlara satan Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov saxlanılıblar. Şəxsi axtarış zamanı Əmənovdan 235 qram, Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilib.
Lerik RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.