İcra Hakimiyyətinin rəsmisi rüşvət hadisəsindən danışdı - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:28 Məhkəmə Elnarə Qasımova barədə qərar verib  |     13:16 Mayın ilk gününün havası açıqlandı  |     13:10 Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb  |     13:08 Fransa səfiri Azərbaycana qayıdıb  |     12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |     12:27 Bu həftə 6 gün işləyəcəyik?  |     12:21 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:19 Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR  |     12:17 Saqqalı var, sözü keçmir  |     12:14 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır  |     12:08 Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar  |     12:03 Bakıda 41 yaşlı qadın qəzada xəsarət alıb  |     11:43 Xərçəng və artrit arasında əlaqə aşkarlanıb  |     11:41 Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa, 20 faiz endirimlə ödə” - VİDEO  |     11:35 Azərbaycan kürüsü 2000 dollara satılır - VİDEO  |     11:34 Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - ARAŞDIRMA (VİDEO)  |    

İcra Hakimiyyətinin rəsmisi rüşvət hadisəsindən danışdı - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çingiz Hacıyev ifadə verib.

Xətai Rayon İcra Hakimiyyətində memar vəzifəsində işlədiyini deyən Ç.Hacıyevin sözlərinə görə, vətəndaş müraciəti əsasında layihə razılaşdırılandan sonra tikinti başlaya bilər. O, iş üzrə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib:

“Mənim işim eskiz layihəsi çəkib, vətəndaşa təqdim etməkdir. Bu işlə bağlı bizə də müraciət olunub, razılaşma olduğu üçün icazə vermişik. Burada adı keçən Elsevər Rufullayev adlı şəxsi tanımıram. Şəxsən o adam mənə müraciət etməyib. Mənim fikrimcə, Elsevər Qaçaya müraciət edib, o da gedib əraziyə baxıb, gəlib, mənə məlumat verib. Bundan sonda layihə çəkilib”.

Şahid ifadəsinin sonunda zərərçəkmiş şəxsin X.Məmmədova iş müqabilində hər hansı məbləğdə pul verdiyindən xəbərsiz olduğunu qeyd edib.

Proses yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə rüşvət alıb.

Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 061 21.01.19 16:26