Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Britaniya hərbi attaşesi Rusiyadan qovuldu  |     22:46 "Bolmart"ın yediyi səki "bərpa" edildi: görün necə? - FOTO  |     22:39 Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - AÇIQLAMA - VİDEO  |     22:32 Ermənilər Xeyrimlidə vəziyyəti gərginləşdirmək istəyir  |     22:24 Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama  |     22:16 Əməkdar artistə ağır itki  |     22:06 Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)  |     21:59 Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir  |     21:52 Bakıda axtarışda olan qadın saxlanılıb  |     21:45 "Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?  |     21:38 Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib  |     21:30 Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb  |     21:27 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək  |     21:26 CAR Azərbaycanda diplomatik missiya açmaq niyyətindədir  |     21:22 Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib  |     21:15 Azərbaycanda son 2 ildə internetin orta sürəti 94 % artıb  |     20:07 Yeni Kaledoniyada iğtişaşlar zamanı 150 milyon avroluq ziyan dəyib  |     20:01 AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb  |     19:54 Moskvada “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert keçirilib  |     19:53 “Ağ çiçəyim”dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.

“Aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb”.

Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998 və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31.5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

“Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin may ayının 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 29.04.24 16:58