AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2” klubunun futbolçusu Nicat Məmmədovu 4 oyunluq cəzalandırıb.
“Report”un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb N.Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub.
Futbolçunun bu hərəkətinə görə “Kəpəz-2” 300 manat cərimələnib.