Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb  |     22:53 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb  |     22:31 İzmirdə İŞİD-ə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs olunub  |     22:23 İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb  |     22:15 Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub  |     22:11 “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib  |     22:01 İtaliya Azərbaycana yeni səfir təyin edib  |     21:55 Assanj ABŞ-yə ekstradisiyası ilə bağlı qərara etiraz etmək imkanı əldə edib  |     21:47 İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib  |     21:41 Xarkova dəyən zərər açıqlanıb  |     21:31 Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA  |     20:18 Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı  |     20:07 Qarabağda yeni idarə yaradıldı  |     19:31 Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşdi  |     16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |    

Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza”, “Üzeyir”, “Xudafərin”, “Neolit City”, “Şahənşah”, “Qaynana”, “Old Manqal”, “Salam Baku”, “Muğam Klub”, “Səhər Mehi”, “Nanə Pub”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat”, “Romanse”, “Veqas”, “Tərlan”, “Orman”, Gəncə şəhərində fəaliyyət göstərən “Tural”, “Kəhraba”, “Söyüdlük”, Göygöl rayonunda fəaliyyət göstərən “Münasib”, Samux rayonunda fəaliyyət göstərən “Çıraq Plaza” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 30.04.24 12:44