Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı  |     19:55 Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     19:40 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı  |     19:29 Robin Van Persinin yeni komandası bəlli oldu  |     19:10 SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır  |     18:44 Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar tətbiq edib  |     18:31 Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var  |     18:00 Acı yemək sağlamlığa necə təsir edir?  |     17:46 Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi  |     17:42 Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı  |     17:18 Deputat: "Paşinyan istefa məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil"  |     17:07 Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusu verilib  |     17:04 Azərbaycanda düyünün qiyməti BAHALAŞACAQ - SƏBƏB  |     16:54 Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi  |     16:40 “Crocus City Hall” terror aktı işi üzrə 12 müttəhim barədə məhkəmə qərarı elan edildi  |     16:27 Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu  |     16:15 Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI  |     16:14 Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır - VİDEO  |     15:58 Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO  |     15:38 Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb  |    

Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb

Bu il aprelin 27-dək 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları tapılıb. Onlardan da 124-ü 2022-ci ildə, 133-ü isə 2023-cü ildə aşkar edilib:

"İstintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Onlardan 252 məhkəmə tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik ekspertizalarının rəyləri tərtib edilərək istintaq orqanına təqdim edilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 30.04.24 13:10