Taksi sürücüsünə qarşı quldurluq edənlər 19 il cəza alıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:11 Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO  |     16:06 Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI  |     15:57 Karqo şirkətlərindən narazı olanların NƏZƏRİNƏ  |     14:36 Mayın ilk gününün havası açıqlandı  |     14:14 AFFA iki kluba texniki məğlubiyyət verdi  |     14:05 Nazir onu DYP rəisi TƏYİN ETDİ  |     13:54 Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib: Saxlanılanlar var  |     13:43 “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib  |     13:28 Məhkəmə Elnarə Qasımova barədə qərar verib  |     13:10 Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb  |     13:08 Fransa səfiri Azərbaycana qayıdıb  |     12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |     12:27 Bu həftə 6 gün işləyəcəyik?  |     12:21 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:19 Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR  |     12:17 Saqqalı var, sözü keçmir  |     12:14 Azərbaycan nefti ucuzlaşıb  |    

Taksi sürücüsünə qarşı quldurluq edənlər 19 il cəza alıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Kamil Rüstəmzadə və Sabirabad rayon sakini Miqdar Qarazadənin CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2017-ci ilin sentyabr ayında vətəndaş İntiqam Əsədzadə Abşeron RPİ-nə müraciət edərək bildirib ki, naməlum iki nəfər onu Aşağı Güzdək qəsəbəsində idarə etdiyi "Hyundai" markalı avtomobildən düşürərək döyüblər, ona məxsus mobil telefonu və 300 manat pulunu ələ keçiriblər. Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Rüstəmzadə və M.Qarazadəni saxlayıblar.

İş üzrə dindirilmiş şəxslər etiraf ediblər ki, hadisədən sonra Nəsimi rayonuna,'' Memar Əcəmi'' metrostansiyası yaxınlığında mobil telefonu satıblar, pulu isə aralarında bölüşdürüblər.

Məhkəmənin hökmü ilə K.Rüstəmzadə 10 və M.Qarazadə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 173 21.01.19 12:11