Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsinə müraciət edən qadın naməlum şəxsin, içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb.
Araşdırma zamanı onun, rayon ərazisində daha bir qadına qarşı soyğunçuluq etməsi və onun, içərisində 80 manat olan çantasını əlindən alması məlum olub.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Ş.Heydərovun analoji əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə DİN “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə məlumat verə bilərlər.