Median.Az xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Düzyurd kəndindəki evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan, ev sahibinin qonşusu L.Quliyeva saxlanılıb.
Bundan başqa, Gədəbəy RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də, Miskinli kəndindəki evdən 400 manat dəyərində qızıl-zinət, məişət əşyaları və bankomat kartı oğurlayan, sonra isə həmin kartdan 600 manat pul çıxartan ev sahibinin qohumu Zamin Tağıyev saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.