Median.Az xəbər verir ki, dekabrın 25-i gecə saat 01 radələrində Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometirliyində, Quba rayonun Atuc kəndi ərazisində naməlum avtomobillə Qusar rayon sakini Bəhruz Koroğluyev vurularaq, hadisə yerində ölüb.
Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı avtomobillə törətməsi müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində CM-nin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.