Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 24-də əcnəbi vətəndaşa məxsus çantadan, içərisində 100 manat, bank kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə ələ keçirən Sabirabad rayon sakini olan bir yeniyetmə və Lənkəran rayon sakini Elmar Mirizadə saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.