Median.Az xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən evdən 9000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə Səbail RPİ 8-ci polis bölməsinə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytxat sakini, dəfələrlə məhkum olunmuş Fuad Fərəcov saxlanılıb.
Araşdırma zamanı onun, rayon ərazisində müxtəlif vaxtlarda 13 mənzildən pul və qızıl-zinət əşyaları oğurlaması məlum olub.
Səbail RPİ İstintaq şöbəsinə CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.