Median.Az xəbər verir ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən saxlanılıb.
Yasamal RPİ 27-ci polis bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olması məlum olub.
Araşdırma aparılır.