Median.Az xəbər verir ki, dekabrın 24-də Yevlax şəhərinin ərazisində, şəhər sakini Namiq Nərimanov münaqişə zəminində həmyerlisi Ağa Əhmədova bıçaqla xəsarət yetirib.
Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş zərərçəkmiş orada kəskin qanitirmədən ölüb.
Yevlax RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Nərimanov saxlanılıb.
Faktla əlaqədar CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.