Median.Az xəbər verir ki, dekabrın 25-i gecə saat 3 radələrində Quba rayonunun Atuc kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.