Median.Az xəbər verir ki, dekabrın 9-da Ucar RPŞ-nə 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq, itkin düşməsi barədə müraciət daxil olub.
Bununla əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində aşkar edilib.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.
Ucar rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.