Həddi-büluğa çatmamış qızla cinsi əlaqədə ittiham olunan Azərbaycan vətəndaşı Rusiyanın Həştərxan vilayətində tutulub.
Median.Az Punkt-a.info portalına istinadən xəbər verir ki, onu “Aksaray” keçid məntəqəsində saxlayıblar.
Qeyd edilib ki, Azərbaycan polisi 49 yaşlı şəxsi16 yaşına çatmayan qızla cinsi əlaqədə olma maddəsi ilə axtarışa verib. O, bir il axtarışda olub.
O, Rusiyadan Qazaxıstana keçməyə çalışarkən ələ keçib.