Median.Az xəbər verir ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Sarıcalar kəndində, oyun zalından 4 ədəd televizor, 10 ədəd oyun pultu və digər aksesuarlar oğurlayan kənd sakini Mehman Nuriyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.3-cü (oğurluq, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.