Median.Az xəbər verir ki, Xətai RPİ-nə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq, içəridəki kassadan 1200 manat pulunu oğurlanması barədə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Abdulrəhman Dadaşov saxlanılıb. Araşdırma zamanı, onun paytaxtın digər rayonlarında yerləşən apteklərdən və
mağazalardan da oğurluqlar etməsi məlum olub.
Gördüyünüz şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-nin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.