Median.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də şəhər ərazisindəki evdən 850 dollar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal İmanov saxlanılıb.
ŞPİ İstintaq bölməsində faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.