Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi vəCənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən 2 kq. 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.
Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kq. 775 qram marixuana aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.