Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində 4 evdən pul və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəsur Mərdanov saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəlləri ilə cinayət işi başlanılıb, istintaq aparılır.