Median.Az xəbər verir ki, Ağstafa Mərkəzi rayon xəstəxanasına bıçaq xəsarətləri ilə rayon sakini Sərvaz Vəliyev (1985-ci il təv.) daxil olub və üzərində cərrahi əməliyyat aparılıb.
Fakta bağlı Ağstafa rayon polis şöbəsinin (RPŞ) əməkdaşları araşdırma aparır, zərərçəkmişin hansı şəraitdə bıçaqlanması aydınlaşdırılır.
Daha bir hadisə Gəncə şəhərində baş verib.Şəhər sakini Samir Rəhimov (1987-ci il təv.) 2 bıçaq yarası ilə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarına məlum olub ki, hadisə Cavadxan küçəsində naməlum şəxs tərəfindən törədilib.
Gəncə ŞPİ-də faktla bağlı araşdırma aparılır.