Bakıda piyadaları vurub, qaçan 4 sürücü saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:00 Xınalığa sulu qar yağıb - FAKTİKİ HAVA  |     12:50 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     12:41 ADPU-nun dosenti vəfat etdi  |     12:33 Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - CANLI YAYIM  |     12:22 Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO  |     12:14 Ötən gün vətəndaşlardan dörd silah götürülüb  |     11:59 DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO  |     11:58 Azərbaycanda icra başçısının müavini vəfat etdi  |     11:57 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:55 İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib  |     11:52 “Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB  |     11:50 UEFA Avropa Liqası: Finala adlayan komandalar bəlli olurlar  |     11:49 İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib  |     11:48 Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO  |     11:47 Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib  |     11:46 Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı  |     11:45 Dünya bazarında neft qiymətləri dəyişib  |     11:44 Suraxanıda gənc qızı avtomobil vurub  |     11:41 “WhatsApp”da daha bir yenilik  |     11:39 Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir: “Məni get-gələ salıblar” - VİDEO  |    

Bakıda piyadaları vurub, qaçan 4 sürücü saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 17-i gecə saat 3 radələrində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elman Salehov vurulub, nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Hummer H-3” markalı avtomobilin sürücüsü saxlanılıb.

Bundan başqa, noyabrın 22-i saat 18 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Maştağa qəsəbə sakini Elvira Əlirzayeva vurulub və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən “VAZ-2106” markalı avtomobilin sürücüsü, paytaxt sakini
Hicran Həsənov saxlanılıb.

Noyabrın 22-i saat 6 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub, nəticədə həmin şəxs hadisə yerində ölüb. Araşdırma zamanı, ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib.

Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev saxlanılıb.

Noyabrın 18-də Bakı şəhər sakini Samir Ağacanovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Səidə Xəlilova Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 780 23.11.18 17:07