Median.Az xəbər verir ki, noyabrın 17-nə keçən gecə Şəki rayonunun “Əyriçay” adlanan ərazisindən rayon sakini Hamlet İsmayılova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran rayon sakinləri Şamxal Hüseynov və Famil Məhərrəmov saxlanılıblar.
Bundan başqa, noyabrın 21-də Şəki şəhəri ərazisindən şəhər sakini Taleh Hüseynova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Aparılmış araşdırma nəticəsində, nəqliyyat vasitəsinin şəhər sakini Təbriz Eyvazov tərəfindən qaçırılması və idarə edərkən onu ağaca vurması müəyyən edilib.
T.Eyvazov xəstəxanaya yerləşdirilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.