Median.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində kafedən, evdən və həyətyanı sahədən ümumilikdə 1350 manat pul, kombi və soyuducu oğurlayan Bakı şəhər sakinləri Xəyyam İsmayılov, İlqar Salmanov və Emin Nağıyev saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.