Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Gədəbəy rayon sakini Vüsal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 12 qramdan artıq marixuana götürülüb.
Onun Şəmkir şəhərindəki evindən əlavə olaraq 2 kq. 156 qram marixuana aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.