Median.Az xəbər verir ki, noyabrın 19-u saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai RPİ-nin 34-cü polis şöbəsinə məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, münaqişə zəminində sözügedən cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram Orucov müəyyən edilərək, saxlanılıb.
Faktla bağlı CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.