Median.Az xəbər verir ki, noyabrın 18-nə keçən gecə Xətai rayonu ərazisindəki mağazadan, pəncərədən girmək yolu ilə 220 manat pul və tütün məmulatı oğurlanıb.
Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ümid Tağıyev və Mingəçevir şəhər sakini Rüstəm Alırin saxlanılıblar.
Tutulan şəxslər əvvəllər məhkum olunublar.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.